azia.az
azia.az

Özəl klinikada antibiotik vurulan şəxs öldü-TƏCİLİ

3-11-2023, 09:41

Sumqayıtda özəl klinikalardan birində ölüm faktı baş verib.

Məlumata görə, 1986-cı il təvəllüdlü Elbrus Hörmət oğlu Hüseynov Sumqayıtdakı "Doktor AZ" klinikasında antibiotik iynəsi vurulduqdan sonra ölüb.

Klinikadan faktı təsdiqləyiblər. Bildirilib ki, xəstəyə antibiotik probu qoyulub və bu zaman anafilaktik şok halı baş verib. Vəziyyəti ağırlaşan E. Hüseynov orada ölüb/apa. 

Baş Prokurorluq Sumqayıtda özəl klinikada antibiotik vurulan şəxsin ölümü faktını araşdırır.

Qurumdan verilən məlumata görə, faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi