azia.az
azia.az

Keçmiş generalın oğlunun ölkədən çıxışına qadağa qoyuldu

3-11-2023, 09:20


Bakı Kommersiya Məhkəməsində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş idarə rəisi Akif Çovdarovun oğlu Ruslana qarşı iddia üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, iddia təmin edilib, yəni Ruslan Çovdarovun ölkədən çıxışına "stop” qoyulub.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Ruslan Çovdarovu məhkəməyə verərək xususi icraat - vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat) barədə tələb irəli sürüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi