Nar şirəsinə görə azərbaycanlı turistə qarşı ANTİTERROR ƏMƏLİYYATI - VİDEO
Portuqaliyanın paytaxtı Lissabonda 36 yaşlı azərbaycanlı turist nar şirəsinə görə antiterro polisi tərəfindın həbs edilib.
Azia.az RTV-yə istinadla xəbər verir ki, adı açıqlanmayan azərbaycanlı restoranlardan birində nar şirəsi sifariş edib.
O, telefonundakı onlayn tərcümə vasitəsilə “Nar şirəsi istəyirəm” sözlərini rus dilindən portuqal dilinə tərcümə edib.
Lakin proqram bu mətni portuqal dilinə “Mənim qumbaram var” deyə tərcümə edib.
Turist bu sözləri bir kağıza yazıb ofisanta verib. Ofisiant da dərhal polisə zəng edib.
Az sonra avtomatlarla silahlanmış antiterror polisinin xüsusi təyinatlıları restorana daxil olaraq azərbaycanlı turisti yerə yıxıb və əllərini qandallayıblar.
Üzərində heç bir silah tapılmasa da, polis həmin şəxsin qaldığı oteldə də axtarış aparıb. Nəhayət, hər şey aydınlaşdıqdan sonra azərbaycanlı turist buraxılıb.
ASLAN