azia.az
azia.az

İranın dəstəklədiyi HƏMAS liderinin inanılmaz sərvəti - VİDEO

29-10-2023, 09:28

Təqribən iki il öncə fars dilində ən böyük və ən populyar link paylaşımı platforması olan “Balatərin” saytında “İran əhalisinin sərvəti hesabına varlanmış fələstinli terrorçu ağazadələrlə tanış olun!” başlığı ilə iki şəkil yayımlanmışdı.

Paylaşımda deyilir: “Sizin üçün 1979-cu ilin 11 fevral qiyamında iranlıların necə aldadıldığını göstərən maraqlı iki foto paylaşırıq.

Yuxarıdakı şəkildə HƏMAS-ın siyasi rəhbərlərindən olan İsmayıl Haniyəni altı oğlu ilə birlikdə görürük. İrandan alınan pulların bir hissəsi bu ailənin yaxşı yaşamasına sərf olunur, digər hissəsi də İsrail əhalisinə edilən hücumlara xərclənir.

Aşağıdakı şəkildə isə başqa bir durumun şahidiyik. Orada öz aləmlərində İsrailə qarşı döyüşən və bu yolda öz ayaqlarını itirən fələstinli gəncləri görürük.

Ar olsun o şəxslərə ki, İsrailə qarşı terrorçuluğa rəvac verir və İranın sərvətinin oğurlanmasında iştirak edirlər!”

Özünü məzlum Fələstin xalqının haqları uğrunda mübariz kimi qələmə verən HƏMAS liderlərinin, o cümlədən təşkilatın siyasi bürosunun hazırkı rəhbəri İsmayıl Haniyənin dəbdəbəli həyatı, inanılmaz sərvəti barədə ötən illərdə dünya mətbuatında çoxsaylı məqalələr və məlumatlar dərc olunub.

Son üç həftədə İsraildə və Qəzza zolağında baş verən faciəli hadisələr kontekstində bu məsələ yenidən gündəmə gəlib.

Ətraflı "Azad İran" yutub kanalının süjetində:


VİDEO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi