Paşinyan: "Rusiya hərbi bazalarının Ermənistanda olmasının heç bir üstünlüyü yoxdur"
Rusiya hərbi bazalarının Ermənistanda olmasının heç bir üstünlüyü yoxdur.
Aznews.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “The Wall Street Journal”a müsahibəsində bildirib.
Paşinyan bildirib ki, Ermənistan yeni tərəfdaşlar axtarır.
“Moskva müttəfiq kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Xüsusilədə Qarabağ məsələsində Azərbaycanı dəstəkləməklə. Bu hadisələr bizim təhlükəsizliklə bağlı əlaqələrimizi genişləndirməyə gətirib çıxardı. Biz indi bunu etməyə çalışırıq”, - deyə o bildirib.