azia.az
azia.az

Qonşusunun barmağını BUNA GÖRƏ dişlədi-DƏHŞƏT

25-10-2023, 09:14

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Polad Əliyevin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az
-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla o, 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

 

İttihama görə, hadisə 24 aprel 2022-ci il tarixdə, saat 00:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yeni massiv, P.Hüseynov küçəsində qeydə alınıb.

 

Belə ki, Polad Əliyev qonşuluqda yaşayan zərərçəkmiş Namiq İsgəndərovla (şərti)  onunla kobud danışmasını səbəb gətirərək mübahisə edib. Bu zaman o, zərərçəkmişin sol əlinin 5-ci barmağını dişləyib. Nəticədə Polad zərərçəkmiş şəxsin sol əlin V barmağının dırnaq falanqasının yerini dəyişən qopmuş açıq sınığı və həmin səviyyədə dırnaq falanqasının əzilmiş-cırılmış yaraları kimi həyatı üçün təhlükəli olmayan xəsarətlər yetirib.

 

Kamal Məmmədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi