azia.az
azia.az

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yeni şirkət yaradıb

19-10-2023, 19:32

Azia.az media-İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Dost Çağrı Mərkəzi 142" MMC-ni dövlət qeydiyyatına alıb.

Manset.az xəbər verir ki, yeni şirkət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə eyni hüquqi ünvanda - Bakı şəhəri Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 85-də qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 1 000 manat, qanuni təmsilçisi isə Azər Allahverdi oğlu Əliyevdir. Söhbət Nazirliyin Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyəti sədrinin müşavirindən gedir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi