azia.az
azia.az

Nazir vəzifəsindən çıxarıldı -RƏSMİ

11-10-2023, 18:38

Daşqın Hidayət oğlu Rəhimov Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifəsindən azad edilib. 

Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov oktyabrın 11-də Sərəncam imzalayıb.

Digər sərəncamla Hüseyn Akif oğlu Səfərov Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini təyin edilib.

Sərəncamla Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası da ədliyyə nazirinin müavini Hüseyn Səfərova həvalə edilib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi