azia.az
azia.az

Hərbi ekspertdən SENSASİON AÇIQLAMA

2-10-2023, 19:23

Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində mövcud olmuş keçmiş separatçı-terrorçu dəstənin keçmiş başçıları – Bako Saakyan, Arkadi Qukasyan və Araik Arutyunyan artıq İrəvandadır. Belə bir iddia ilə “Sputnik Ermənistan” çıxış edib.


“Aravot.am” saytı isə etibarlı mənbələrə istinadən yazır ki, Qarabağdakı keçmiş qondarma rejimin rəhbərləri - Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, Samvel Şahramanyan Ermənistana keçməyib. 


Maraqlıdır, əgər bu məlumat həqiqəti əks etdirirsə, Azərbaycan ərazisini necə tərk ediblər?


Referans.az xəbər verir ki, məsələ ilə bağlı Redaktor.az-a danışan hərbi-ekspert Üzeyir Cəfərov qeyd etdi ki, bu məlumatı yayan erməni jurnalistlər özləri də təkzib edirlər:


"Mən  bu məsələnin aydınlaşdırılmasının tərəfdarıyam. Görək həqiqətən də onlar Ermənistandadır? Ermənistandadırsa, mənim bildiyim son məlumat ondan ibarət idi ki, onlar Xocalıdakı Rusiya sülhməramlılarının qərargahında idilər. Ola bilsin, böyük ehtimalla onları helikopterlə çıxarıblar. Çünki onların Laçın sərhəd-buraxılış məntəqəsindən keçməsi qeyri-mümkün idi. Onlar özləri də bilirdilər ki, Ruben Vardanyan, Lyova Mnatsakanyan, Arşavir Qaramyan və digərləri sərhəd-buraxılış məntəqəsində saxlanmışdı. Onlardan yalnız biri David Babayan Şuşaya gəldi və orada bizim hüquq-mühafizə orqanları onu saxladılar, sonra Bakıya gətirdilər. Məsələ burasındadır ki, bu məsələ təsdiqini tapsa, deməli, Rusiya növbəti oyununu davam etdirir. Çünki Azərbaycan qəti olaraq Rusiya sülhməramlılarına separatçıların Xocalı aeroportundan istifadəsini yasaqlamışdı".


Ekspertin fikrincə, əgər onlar belə bir addım atılarsa, bu, əvvəla yolverilməzdir:


"İkincisi də ki, Azərbaycan buna qəti münasibət bildirməlidir. Biz Bakıda səbirsizliklə hüquq-mühafizə orqanlarının onları tutub Bakıya gətirəcəyini gözləyirdik. Əgər belə bir şey baş veribsə, yenə də deyirəm ki, bu, yolverilməzdir və Azərbaycana qarşı növbəti bir demarşdır. Hər halda yenə də deyirəm, beynəlxalq axtarışa ümid olmaq lazım deyil. İndiyə qədər dəfələrlə görmüşük ki, beynəlxalq axtarış demişik, heç kim də heç nə etməyib, etmək fikri də yoxdur. O nöqteyi nəzərdən, biz yalnız öz gücümüzə arxalanmalıyıq, öz gücümüzə bu məsələləri həll eləməliyik. İndiyə qədər beynəlxalq axtarışla bir nəfər də olsun Azərbaycana təhvil verməyiblər. Mən hesab edirəm ki, bundan sonra da ümid eləsək ki, beynəlxalq axtarışla kimisə saxlayıb Azərbaycana verərlər, şəxsən mən elə ümid də deyiləm. Düşünürəm ki, biz tez bir zamanda, ümumiyyətlə, bu məsələləri sürətləndirməliyik. Çünki bəzi proseslər var,  narahatedici proseslərdir. Onun nədən ibarət olmasını da yəqin ki, siz yaxın günlərdə eşidəcəksiniz, biləcəksiniz. Məsələ burasındadır ki, bəzi qüvvələr aktiv hərəkətə keçiblər və hərəkətə keçmələrinə də səbəb indiyə qədər qəbul olunmuş vacib qərarlara kölgə salmaq istəyirlər. Nədir o kölgə salmaq? Hər-halda yaxın günlərdə biləcəyik. Amma xoşa gəlməyən proseslər də var. Hələlik deyə biləcəklərim bunlardır".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi