azia.az
azia.az

Prezidentin bu bəyanatı onların həbsi üçün siqnal, ANONS OLA BİLƏR?

2-10-2023, 09:02

Sentyabrın 29-da Zəngilanda keçirilən Forumunun açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev Ermənistanın sabiq prezidentləri Robert Koçaryan Serj Sarkisyanı işğal məsələsində ittiham edib.

Maraqlıdır, prezidentin bu bəyanatı onların həbsi üçün siqnal, anons ola bilər? Beynəlxalq hüquqa görə hazırkı Ermənistan hökuməti onları saxlayıb, Azərbaycana təhvil verə bilər?

Azia.az  bildirir ki, globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Ermənistanın sabiq prezidentləri Rober Koçaryan və Serj Sarkisyanı Azərbaycana təhvil verməsi indiki məqamda real deyil:

“Prezident dünənki çıxışında bir daha xalqımıza qarşı 1990-cı illərdə törədilən cinayətlər barədə danışdı. Həm torpaqlarımızın işğal edilməsi, həm də etnik təmizləmə siyasətində sabiq prezidentləri Rober Koçaryan və Serj Sarkisyan ittiham edildi. Prezident sonuncu dəfə 2021-ci ildə Novruz bayramında Suqovuşanda eyni mövzuda çıxış etmiş, yenə sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyanı ittiham etmişdi.

Ümumiyyətlə, bu iki şəxs 1980-ci illərin sonunda Qarabağda separatizmə rəhbərlik edib. Koçaryan xunta rejimində rəhbər vəzifələrdə çalışıb, Sarkisyan isə Ermənistan müdafiə naziri postunda idi.

Azərbaycan bu gün cinayətkarların bir-bir həbsinə başlayıb. Vaqif Xaçaturyan ilə başlanan proses daha da intensivləşib. O ki qaldı Ermənistanın sabiq prezidentləri Robert Koçaryanı və Serj Sarkisyanı Azərbaycana verməsinə, bu indiki məqamda mümkün deyil.

Məsələ ondadır ki, Ermənistan ilə Azərbaycan arasında yekun sülh müqaviləsi imzalanmayıb. Yəni faktiki olaraq müharibə vəziyyəti davam edir. Bu reallıqlar çərçivəsində rəsmi İrəvan hər iki şəxsi bizə verməz. Lakin rəsmi Bakı hər iki şəxs barəsində müvafiq axtarış tədbirlərini elan edib”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi