azia.az
azia.az

Yeni COVID-in əsas xüsusiyyəti: Özünüzü virusdan necə qoruya bilərsiniz?

2-10-2023, 09:00

Yeni virus əvvəlki variantlardan çox daha asan ötürülür.

Məşhur britaniyalı həkim ser Frank Aterton yeni COVID variantı olan BA.2.86-nın təhlükələri barədə xəbərdarlıq edib.

Redaktor.az-ın xarici mətbuata istinadla xəbərinə görə, Atertonun fikrincə, BA.2.86 variantı “Omicron”un mutasiyasının nəticəsidir. Hazırda həkimin təcrübə keçdiyi Uelsdə bu mutasiya halları qeydə alınmayıb, lakin İngiltərə və Şotlandiyada onun aşkarlanması barədə məlumatlar var.

Həkim vurğulayıb ki, virusun yeni variantı daha asan ötürülür və bu, narahatlıq doğurur. Variantın qocalar evləri, həbsxanalar və xəstəxanalar kimi qapalı şəraitdə daha effektiv ötürülə biləcəyinə dair bəzi sübutlar da var.
Bununla belə Aterton inanır ki, mövcud peyvəndlər hələ də virusun bu yeni variantının ciddi nəticələrinin qarşısını ala bilər. Ona görə də hamını peyvənd etdirməyə çağırır.

Böyük Britaniyanın Sağlamlıq təhlükəsizliyi təşkilatı (UKHSA) təsdiq edib ki, ilkin məlumatlar peyvəndlərin BA.2.86 variantına qarşı hələ də təsirli olacağını göstərir.

Tam və qəti məlumatlar hələ təsdiqlənməsə də, BA.2.86-nın əvvəllər dövriyyədə olan variantlarla müqayisədə xəstələr üçün daha böyük risk yaratdığına dair heç bir sübut yoxdur (lent.az).


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi