azia.az
azia.az

Ruben Vardanyan saxlanıldı-TƏCİLİ

27-09-2023, 15:15

Dırnaqarası dövlətin Dövlət naziri vəzifəsində çalışmış 55 yaşlı Ruben Vardanyan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları tərəfindən saxlanılıb. Bu haqda bu gün, 27 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.

Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılaraq Bakıya gətirilib.

14:26 – Ermənistan separatçı anklavının sabiq “hökumət başçısı” sərhəd-keçid məntəqəsində saxlanılıb – İDDİA

Qarabağda ləğv edilmiş separatçı administrasiyanın “keçmiş rəhbəri” Ruben Vardanyan Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Bu barədə bu gün, 27 sentyabr tarixində Bakuplus.az AZfront Telegram kanalına istinadən məlumat verir.

AZfront-un öz mənbəsindən əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. 2022-ci ilin noyabrından fevral ayına kimi bu vəzifəni tutan Ermənistan separatçı anklavının keçmiş “hökumət başçısı” diqqəti cəlb etməmək üçün köhnə avtomobillə Ermənistana getməyə çalışıb.

Sentyabrın 25-də o, qadın geyimində Ermənistan sərhədini keçmək üçün uğursuz cəhd edib.Sentyabrın 26-da səhər saatlarında İrəvandan məlumat daxil olub ki, onun silahdaşları Vardanyanı sarğılı vəziyyətdə benzin çəninin partlaması nəticəsində yaralı və ölənləri daşıyan helikopterlərin birində təxliyə etmək imkanını nəzərdən keçirməyə çalışıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi