Ermənilər Xankəndini belə tərk edir - Qondarma rejim əhaliyə xəbərdarlıq etdi - VİDEO
Hazırda Xankəndidə yerləşən hava limanında izdiham yaşanır.
Kanal.az bildirir ki, bu barədə görüntülər erməni Teleqram kanallarında yayılıb. Bildirilir ki, Əsgəran və digər yaşayış məntəqələrindən insanlar kütləvi şəkildə getdiyi üçün limanda sıxlıq yaranıb.
Xankəndidə sakinlər müstəqil olaraq təxliyə olunmaq qərarına gələrək Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilimiş Rusiya sülhməramlılarının bazasının olduğu hava limanına yollanıblar.
Bu barədə Ermənistan mediası xəbər verir.
Eyni zamanda, qondarma rejimin başçıları onları sığınacaqlarda qalmağa çağırıblar.