azia.az
azia.az

Vitali Borisov: “İsa ilə aramızda heç bir problem olmayıb”

19-09-2023, 12:00


Futzal millimiz DÇ-2024-ün elit-roundunda sabah Niderland yığması ilə qarşılaşacaq. İlk görüşdə Rumıniya yığmasına 1:3 hesabı ilə məğlub olan komandamızın qələbəsinə inam çoxdur.

Baş məşqçi Vitali Borisov hazırlıqlarla bağlı Qaynarinfo-ya açıqlama verib:

"Hazırlıq öz ritmi ilə davam edir. Gündə bir dəfə məşq edirik. Niderlandın oyununu izləmişik. Məşqçilər analiz üçün futbolçulara video göstərəcək. Oyuna qələbə üçün çıxacağıq”.

Borisov Rumıniyaya məğlubiyyətə baxmayaraq, Niderland qarşısına yaxşı əhval-ruhiyyədə çıxamaq istədiklərini bildirib:

"Əlbəttə, Rumıniyadan qayıdanda futbolçu və məşqçilərdə bir az ruh düşkünlüyü vardı. Udmalı oyun idi, ancaq bunu edə bilmədik. Statistikaya baxsaq, onlardan yaxşı oynadıq. Sadəcə, onlardan fərqli olaraq, biz ələ düşən imkanlardan istifadə edə bilmədik. Standart vəziyyətdən iki qol vurdular. Əlbəttə, udsaydıq, daha yaxşı olardı, buna baxmayaraq, məğlubiyyəti unutmağa çalışırıq. Əhval-ruhiyyə o dərəcədə deyil”.

Niderlandın heyətini analiz edən mütəxəssis bunları deyib:
"Heyətlərində ərəb ölkələrindən xeyli sayda oyunçu var. Bununla yanaşı, həm topla, həm də fiziki durum baxımından yaxşıdırlar. Bunu Qazaxıstanla oyunda da gördük. Sürətli və dözümlüdürlər. Bizi çətin oyun gözləyir”.

Baş məşqçi Niderlandla oyunda Rumıniyadan fərqli olaraq millimizdə hansı yeniliklər və ya sürprizlər görə biləcəyimiz haqda sualı belə cavablandırıb:

"Sürpriz deyəndə, futzalda iki taktika var - ya pressinq edirsən, ya müdafiədən oynayırsan. Hər ikisindən istifadə etməyə çalışacağıq”.

Keçmiş futzalçı İsa Atayevi millidən kənarlaşdırıb, onun əvəzində Manekanı gətirməsinin səbəblərini demək istəməyib:

"Bu suala hələlik cavab vermək istəmirəm. Fərqi yoxdur – yerli, ya əcnəbi olsun. Hər birinin Azərbaycan pasportu olduğu üçün yerli sayılır. Azərbaycan millisinin formasını geyinirlər. Yerli-əcnəbi söhbəti klubda olur. İsa ilə aramızda heç bir problem olmayıb”.

Səbuhi Həsənov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi