azia.az
azia.az

Yol polisi ölümdən döndü - VİDEO

18-09-2023, 18:20

Dünən Xəzər rayonu ərazisində yol polisi avtomobillərinin iştirakı ilə yol qəzası baş verib.

 

Sfera.az xəbər verir ki, Mərdəkan-Zuğulba yolunda “Toyota” markalı avtomobil yol kənarında dayanmış Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus “BMW” markalı xidməti avtomobilə çırpılıb. O da öz növbəsində qarşısında dayanmış digər DYP maşınını vurub.

 

Hadisənin videosundan görünür ki, DYP maşınının arxasında dayanmış polis əməkdaşı özünü zərbədən son anda qaçıra bilir. 

Bakı ŞBPİ-nin Dövlət Yol Polisi İdarəsinə (DYP) baş instpektoru Araz Əsgərli “Qafqazinfo”ya bildirib ki, hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi