azia.az
azia.az

5 gün əvvəl 2 milyon manatlıq tenderi udan şirkəti bu dəfə FHN qalib etdi - Sahibi görün kimdir

14-09-2023, 07:59

Fövqəladə Hallar Nazirliyinin (FHN) Əsaslı Tikinti İdarəsinin "Fövqəladə Hallar Nazirliyinin Aparatının Baki şəhəri M.Muşfiq küçəsi, 501-ci məhəllə ünvanında yerləşən inzibatı binasında cari təmir işləri" ilə bağlı elan etdiyi tender başa çatıb. 

Xəbər verilir ki, tenderin qalibi "B.R.İ.S. Consulting” MMC olub. Tərəflər arasında 107.001,22 AZN-lik müqavilə imzanacaq.

Bildirək ki, nizamnamə kapitalı 20 AZN olan "B.R.İ.S. Consulting” MMC-nin qanuni təmsilçisi BƏXTİYAR HACIYEV VAHİD OĞLUdur.

Qeyd edək ki, bir neçə gün öncə "B.R.İ.S. Consulting" MMC Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Bakı şəhəri və respublikanın bir sıra təhsil müəssisələrinin cari təmiri işlərinin satın alınması ilə bağlı tenderdə qalib gəlib. Təmir işlərinə 2 112 542,01 AZN xərclənəcək.

Xatırladaq ki, Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovdur. FHN-nin Əsaslı Tikinti İdarəsi rəisi Rüfət Ağa-zadədir.32gun.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi