azia.az
azia.az

Bulvarda silahlı toqquşma-Yaralananlar var

13-09-2023, 10:10

Azia.az media-Elazığda gecə saatlarında dəhşətli hadisə baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, iki dəstə arasında çıxan silahlı dava qanla bitib.

Hadisə Elazığın Ataşehir bölgəsindəki İmam Əfəndi bulvarında baş verib.
Məlumata görə, avtomobildə olan bir qrup şəxslə çöldə rastlaşdıqları dəstə arasında naməlum səbəbdən mübahisə yaranıb.

Qısa müddətdə böyüyən mübahisə silahlı davaya çevrilib. Hadisədə avtomobildə olanlar da daxil olmaqla 1-i ağır olmaqla cəmi 3 nəfər yaralanıb.
Hadisə yerinə səhiyyə və polis əməkdaşları sövq edilib. Olay yerində ilkin tibbi yardım göstərildikdən sonra yaralılara təcili tibbi yardım maşını ilə şəhərin müxtəlif xəstəxanalarına çatdırılıb və onlara tibbi yardım göstərilib. İl Təhlükəsizlik Müdirliyi Asayiş Şöbə Müdirliyi qrupları, qaçan şübhəlilərin müəyyən edilərək tutulması üçün geniş diametrli iş başladıb.

Ayxan


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi