azia.az
azia.az

“Paşinyan İlham Əliyevə verdiyi vədi yerinə yetirməkdən qorxur, onu müharibə ilə yerinə yetirəcək”

8-09-2023, 08:18

Azia.az media-“Paşinyan İlham Əliyevə anklavlarla bağlı vədlər verib. Onun ictimai sözləri yadınızdadırmı? Dedi ki, anklavlar faciə deyil, yeni yollar çəkilə bilər”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi analitik Stepan Danielyan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Paşinyan bu bəyanatla əslində qəbul edib ki, anklavları Azərbaycana qaytarmaq lazımdır.

“İndi Paşinyan verdiyi vədi yerinə yetirmədiyindən, yəqin ki, Arazdəyən və Tavusda məsələni güc yolu ilə həll etmək qərarına gəliblər. İndi Paşinyan bağlı qapılar arxasında verdiyi vədi yerinə yetirməkdən qorxduğuna görə bunu müharibə ilə təhvil verir ki, “Baxın, Azərbaycan hücum etdi, biz nə edək?” desin. Amma burada günahkarı tapmaq vacibdir, Rusiya ilə münasibətlərin gərginləşməsi ictimaiyyətə bunu göstərməyə yönəlib ki, bizim müttəfiqimiz öz öhdəliklərini yerinə yetirmir, bizi qorumur, günahkar məhz odur. Paşinyan həmçinin NATO-ya doğru addımlar atır, münasibətləri gərginləşdirir ki, Saakaşvili kimi sığınacaq ala bilsin, “Baxın, mən Rusiyaya qarşı döyüşmüşəm, mənə sığınacaq verin” desin.

Ona görə də Rusiya ilə münasibətləri gərginləşdirir”, - deyə Danielyan əlavə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi