azia.az
azia.az

AMEA ilə AFAD arasında Anlaşma Memorandumu imzalanıb

7-09-2023, 18:39


 Sentyabrın 7-də Bakı Konqres Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) arasında Zəlzələ Müşahidə Sistemləri üzrə Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

Görüşdə Azərbaycanla Türkiyənin elmi qurumları arasında qarşılıqlı elmi əlaqələrin inkişafından danışan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Akademiyanın AFAD-la zəlzələlərin tədqiqi sahəsində nəzərdə tutulan əsas elmi istiqamətlər üzrə əməkdaşlığının perspektivlərini diqqətə çatdırıb. AMEA rəhbəri həmçinin Şuşada türkiyəli həmkarları tərəfindən verilən seysmik stansiyanın quraşdırılması işlərinin davam etdiyini bildirib.

Öz növbəsində AFAD-ın rəhbəri Okay Memiş Türkiyə və Azərbaycan  arasında seysmologiya sahəsində əlaqələrin hazırkı vəziyyəti ilə bağlı məlumat verib. Zəlzələlər haqda qarşılıqlı məlumat mübadiləsi və texniki vasitələrin tətbiqi məsələlərinə toxunub.

Görüşdə AFAD və AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi arasında seysmoloji tədqiqatlar sahəsində birgə həyata keçirilən işlərdən bəhs olunub, imzalanan əməkdaşlıq müqaviləsinin hər iki təşkilatın bu sahədə əlaqələrinin daha da genişlənməsinə əsas verəcəyi vurğulanıb.

Sonra Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) arasında Zəlzələ Müşahidə Sistemləri üzrə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandumu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və AFAD-ın rəhbəri Okay Memiş imzalayıblar.

 

AMEA Rəyasət Heyəti aparatının

İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi