azia.az
azia.az

Yardımlıda 63 minlik təmir - Qalib şirkət kitab satır, insan alverinin psixoloji aspektlərini araşdırır

5-09-2023, 00:24

Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının Yardımlı Şəhər üzrə Nümayəndəliyi müxtəlif ünvanlar üzrə bir sıra yaşayış binalarında aparılacaq işlərin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Valyuta.az xəbər verir ki, tenderin qalibi “Kaspian Satandart” MMC seçilib. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Kaspian Standart” MMC-nin 17 mart 2008-ci ildə qeydiyyata alındığı göstərilir. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, akademik Şamil Əzizbəov küçəsi, ev 95-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Əmirov Elnur Nəriman oğludur. 

“Kaspian Standart” MMC təkcə təmir işləri ilə məşğul deyil. Şirkət həmçinin kitabların satınalınması, yolların təmiri işləri, su xətlərinin təmiri, dəftərxana və təsərrüfat mallarının satınalınması, regionlarda insan alveri probleminin sosial-psixoloji aspektlərinin öyrənilməsi, səbəblərinin müəyyənləşdirilməsi və yetkinlik yaşına çatmayanlar arasında narkotik və psixotrop maddələrdən istifadə dərəcəsinin qiymətləndirilməsinin aparılması məqsədilə araşdırma və təhlilin aparılması ilə məşğuldur. 

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovdur. Onun Yardımlı şəhər üzrə nümayəndəsi isə İlham Rzayevdir.

Hüseyn


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi