azia.az
azia.az

Bağırsaqda xərçəngi erkən göstərən qan testi

2-02-2024, 17:21

45 yaşından sonra hər kəs bağırsaq xərçəngini erkən mərhələdə aşkar etməyə imkan verən qan testindən keçməlidir.

Xəbər verilir ki, onkoloq İqor Samoylenkanın sözlərinə görə, bağırsaq xərçəngini erkən aşkarlamaq mümkündür. “Heç bir əlaməti olmasa da, 45-50 yaşdan yuxarı insanlarda nəcisdə gizli qan testi aparılır. Məhz bu testin köməyi ilə bağırsaq xərçəngini ilkin mərhələdə aşkar etmək olar. 

Kolonoskopiya xərçəngin erkən diaqnozunu asanlaşdırır. Bu prosedur sayəsində poliplər aşkar edilir ki, bu da həkimlər tərəfindən xərçəng öncəsi "vəziyyətlər" adlandırılır.

Məhz bağırsaqda yaranan poliplərdən sonra bədxassəli şişlər-kolorektal xərçəng əmələ gəlir”.

Samoylenko bildirib ki, aşkar edilmiş poliplər çıxarıla bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi