azia.az
azia.az

Pirin ərazisini şumlayarkən traktor parçalandı-İNANILMAZ

27-03-2023, 09:05

Ucarda ildə bir dəfə fəaliyyət göstərən pir var

İnsanlar arzu və istəklərinin reallaşması üçün bəzi hallarda pirlərə, ziyarətgahlara üz tuturlar. Belə pirlərdən biri də Ucar rayonunun Qulabənd kəndində yerləşən "Çillə xanım piri"dir. 

Şəfa tapmaq məqsədi ilə pirə axışan insanların dediyinə görə, ziyarətgah il ərzində cəmi bir dəfə fəaliyyət göstərir. Ziyarət vaxtı ilaxır çərşənbə ərəfəsinə təsadüf edir. 

Kimi heyvan kəsir, kimi şam yandırır, kimi nəvə və yaxud övladlarının dünyaya gəlməsini arzu edərək lentlərdən yürük düzəldib üstünə çöplər düzür, kimisi nəzir paylayır, kimisi isə  xınayaxdı mərasimi keçirir. Bir sözlə hər kəs pirin inanılmaz gücünün hesabına arzuların reallaşacağına inanaraq var gücü ilə çalışır.

Niyyət edən şəxslər arzu və istəklərinin məhz "Çillə xanım piri"ndə  reallaşacağına inanırlar. Onlar ötən ildəki istəklərinin bu il reallaşdığı ümidi ilə pirə, pul,  xırda buynuzlu heyvan, şirniyyat, növbənöv kökələr, bəzəkli xonçalar, milli yeməklərindən olan plov, dolma, bozbaş və sair yeməklər gətirirlər. 

Bir nəfər şəxs ərazidən torpaq götürərək su ilə qarışdırır və nəticədə pirin simvolu olan palçıq əmələ gəlir. Ziyarətə gələn hər bir şəxsin alnına barmaqla həmin xüsusi məhluldan sürtülür. insanların alnına sürtülən məhlul gərək ərazidən çıxarkən təmiz, axar su ilə yuyula. Palçıqlanmış insan bu vəziyyətdə evə gedə bilməz. 

“Götürdüyüm torpaqdan kimyə düzəldilir və mütləqdirki pirə gələnlər bundan alınlarına sürtsünlər. Pirdən bir dənədə olsa konfet belə götürülməlidir. Götürülməsə bu isbata keçmir. Yəni arzuların heç vaxt reallaşmayacaq.”




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi