azia.az
azia.az

Türkiyədəki zəlzələ ilə bağlı Azərbaycanda yardım toplama məntəqəsi yaradıldı

7-02-2023, 14:39


Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib.
 
Diplomatik nümayəndəlikdən bildirilib ki, zərərçəkənlərin əsasən qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, coraba ehtiyacları var.
 
Bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləri lazımdır.
 
Yardımlar Bakı şəhəri, Babək prospekti 27, "Doğtaş” mebel mağazasında toplanır.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3381 nəfər ölüb, 20426 nəfər yaralanıb. 5775 bina dağılıb.
 
 
Zəlzələdən zərər çəkənlərə AFAD adından açılmış aşağıdakı hesab nömrələri vasitəsilə heç bir komissiya tutulmadan yardım edə bilərsiz:
 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi