azia.az
azia.az

Yazıçıdan İlkin Süleymanovla bağlı sensasion açıqlama: “Evindən “viaqra” tipli dərman tapılır, deyirlər, “o yaşlı atamızındır””

2-12-2022, 16:24


“Ehtimal yeri qoymadan adamı gözübağlı müdafiə edənlərə sual verirəm: Yekə kişilərin qız uşaqlarını oğurlaması faktı azdırmı dünyada? Sübutsuz-sənədsiz ölkənin ədəbiyyatında, mədəniyyətində, mətbuatında, televiziyasında 25 illik əməyi olan insana rahatca şər ata bilərsən, amma rəsmi sənədlərdə bu qədər fakt ola-ola adamın cinayət etdiyinə inana bilməzsən. Harada görmüsünüz zərərçəkmiş tərəf qala-qala təqsirləndirilən tərəfə bu qədər meydan verilsin? Sual verirəm, ananın xalatındə uşağın lifi nə gəzirdi? Həyasızlıq etməklə deyil, ortada suallar, rəsmi ittihamlar var. Adamın adı bir uşağın qətlində hallanır, özü də elə-belə qətldə yox, vəhşicəsinə, amansızca bir cinayətdə. Uşağın başına zərbə vurub öldürəndə qan sıçramasın deyə 13 qat parça bağlamaqda suçlanır, həmin parçanın eynisi bacısının evindən çıxır, evindən “viaqra” tipli dərman tapılır, deyirlər, “o yaşlı atamızındır”; anasının xələtindən uşağın geyim lifləri çıxır, tapılan saç tükü uşağın tüküylə oxşar olur, qan ləkəsi uşağın qan qrupuyla eynidir-ittiham aktında var; peşəkar ekspertlər günlərlə yanına həbsxanaya gedib səhərdən axşama kimi danışdırıb rəy verirlər, saatlarla meyit üzərində ekspertiza aparılır. Saysız-hesabsız fakt aşkarlanır. Amma biz ağzımızı açıb fikir deyə bilmərik”.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi