azia.az
azia.az

Tanrı mərhəmətimizi onlarla sınayır bəlkə də... - FOTO

5-09-2022, 09:47


İnsan insan olur öz hünərilə,
Millət millət olur xeyir-şərilə"...
Tanrı mərhəmətimizi onlarla sınayır bəlkə də... - FOTO
Biz millət olaraq, hünərimizlə də, xeyirdə, şərdə birliyimizlə də bütün dünyaya öz gücümüzü, eyni zamanda öz yüksək mənəviyyatımızı, həmçinin Allaha, islama olan sevgimizi, həmçinin, xalq olaraq, bir-birimizə qarşı olan sevgimizi, mərhəmətimizi ilk növbədə özümüzə, sonra da demək olar ki, dünyaya göstərmişik. Elə qəlbimizdəki Allah və insan sevgisi bizi hər zaman gücümüzün yetdiyi qədər ehtiyaclı insanlara kömək etməyə sövq edir.

Allahın da müsəlman üçün vacib buyurduğu 5 əməldən biri də zəkat vermək - əl tutmaqdır. Xüsusilə də hazırda Məhərrəm ayıdır və bu aylarda ehtiyaclı şəxslərə əl tutmağın savabı daha çoxdur.

Odur ki, dəyərli izləyicilər, sizə, bizə - yardımımıza ehtiyacı olan bir ailə var ki, bizim ona edəcəyimiz 1 manat yardımın belə onun üçün çox böyük əhəmiyyəti var. Çünki, buna ehtiyacı var.

Ailənin saf, mələk kimi tər-təmiz qız övladının - Aygün qızımızın köməyimizə ehtiyacı var.

Anasının, "DogruXeber.az"a bildirdiyinə görə ayaqlarında yaranmış ciddi problemlərə görə o təcili əməliyyat olunmalı imiş, lakin maddi vəziyyət çox zəif olduğuna görə bu əməliyyat gecikirmiş. Əgər, biraz da gecikərsə, Aygün bala bir ömür yatağa məhkum - şikəst qalacaqmış. Odur ki, ana bir nəfərdən xahiş edib, yalvarıb ki, ona heçolmasa borc versin ki, övladı əməliyyat olunsun. Həmin şəxs də sağolsun, lazım olan məbləği bir ay yarıma qaytarmaq şərti ilə borc verib. Aygün bala əməliyyat olunub və hazırda şəkildə gördüyünüz dəmir qurğular ayaqlarındadır, müalicəsi də davam edir. Əsas odur ki, şükürlər olsun sağalma ehtimalı var. Lakin, borc yiyəsinin verdiyi vaxt artıq, bitir və ailənin maddi gücü hələ də bu borcu ödəmək üçün acizdir.

Odur ki, ana sizdən,bizdən acizanə şəkildə xahiş edir ki, həmin borcu qaytarması üçün ona maddi dəstək göstərək.

Ananın hesab kartını aşağıda sizə təqdim edirik və öz adımızdan da xahiş edirik ki, mələk kimi saf, körpə yaşında dünyanın çətinliklərini artıq, dadmağa başlayan Aygünümüzə maddi dəstək olaq.


Tanrı mərhəmətimizi onlarla sınayır bəlkə də... - FOTO
Tel: (+99455) 416-07-31

Məbləğin qədərinin fərqi yoxdur. "Dama-dama göl olar" deyib müdriklərimiz. Odur ki, gücünüz 1 manata çatır, elə 1 manat göndərin. Hərəmiz bir manat göndərsək Aygün balaya lazım olan məbləği toplaya bilərik.

Məhərrəm ayında - Allahın sevdiyi ayda, Allahın sevdiyi İşlər görək.
Tanrı mərhəmətimizi onlarla sınayır bəlkə də... - FOTO
Tanrı mərhəmətimizi onlarla sınayır bəlkə də... - FOTO
Tanrı mərhəmətimizi onlarla sınayır bəlkə də... - FOTO
Tanrı mərhəmətimizi onlarla sınayır bəlkə də... - FOTO
Tanrı mərhəmətimizi onlarla sınayır bəlkə də... - FOTO
Allah hamımıza yar və yardımçı olsun inşallah.

DogruXeber.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi