azia.az
azia.az

Həddindən artıq qarpız yeməyin zərərləri açıqlandı

1-08-2022, 18:29

Həddindən artıq qarpız yeməyin zərərləri açıqlandı
Qarpızı həddindən artıq yemək mədə-bağırsaq traktında və maddələr mübadiləsində problemlərə səbəb ola bilər.

Xəbər verilir ki, bu barədə Moskva Səhiyyə Departamentinin nümayəndəsi Viktoriya Yeqorova xəbərdarlıq edib.

Onun sözlərinə görə, qarpız yüksək qlisemik indeksə malikdir, bu səbəbdən gündə 500 qramdan çox yemək olmaz.

Həkim həmçinin mədə-bağırsaq traktının xəstəlikləri, böyrək daşları olduqda, şəkərli diabet və fərdi dözümsüzlük zamanı qarpızın qida rasionuna ümumiyyətlə daxil edilməməsi və ya ehtiyatla istifadəsi barədə xəbərdarlıq edib.

"Bundan başqa qarpızın bir yaşa qədər vermək tövsiyə edilmir, üç yaşa qədər uşaqlara isə ehtiyatla (gündə 50-80 qramdan çox olmamaq şərtilə) vermək olar", - deyə o, əlavə edib.

Mütəxəssis qeyd edib ki, qarpız qəlyanaltı və ya desert ola bilər, ancaq sidikqovucu təsirə malik olduğu üçün gecələr istehlak etmək məsləhət deyil.

Bununla belə qeyd edək ki, qarpızın faydalı xüsusiyyətləri də az deyil. "A", "C", "B" vitaminləri, maqnezium, beta-karotinlərlə zəngin qarpız ürək xəstəlikləri, döş xərçəngi, ağciyər, prostat vəzinin xərçəngi və yaşla əlaqədar görmə qabiliyyətinin pozulmasına qarşı müqavimət göstərir, yüksək qan təzyiqini aşağı salır.

Bundan başqa bu giləmeyvə osteoartrid, revmatoidli artrid və astma xəstəliklərinin bəzi simptomlarını zəiflədir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi