azia.az
azia.az

Prezident "Əfsanəvi Rembo" ləqəbli şəhidin qardaşını TƏLTİF ETDİ - FOTO

1-07-2022, 14:59

Prezident "Əfsanəvi Rembo" ləqəbli şəhidin qardaşını TƏLTİF ETDİ - FOTO
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.
“İgidliyə görə” medalı ilə təltif olunan polis polkovnik-leytenantı Qaflanov Qurban Oruc oğlu Vətən müharibəsində şəhid olan Daxili Qoşunların “Bəbir” Xüsusi Təyinatlı Dəstəsinin komandiri, mayor Şixamir Qaflanovun qardaşıdır.



Qeyd edək ki, şəhid mayor Şixamir Oruc oğlu Qaflanov 1986-cı ildə Zaqatalanın Dombabinə kəndində anadan olub. Daxili Qoşunların “Bəbir” Xüsusi Təyinatlı Dəstəsinin komandiri olub. Vətən müharibəsi zamanı tabeliyində olan şəxsi heyətlə birgə Cəbrayıl rayonunun, Hadrut qəsəbəsinin və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.


Tabeliyində olan şəxsi heyətlə qatıldığı 23 döyüşdə düşmənin canlı qüvvəsini məhv edilməsində fərqlənib. Xüsusi təyinatlılar arasında “Əfsanəvi Rembo” ləqəbini qazanıb. Oktyabrın 19-da Füzuli istiqamətində şəhid olub.



Vətən Müharibəsi Qəhrəmanı fəxri adı, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə də təltif olunan Şixəmir Qaflanov şəhid olanda qızı Mədinə 4 aylıq idi.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi