azia.az
azia.az

"Londonu vuracağıq, sonra...” – Rus general HƏDƏLƏDİ

26-06-2022, 08:46


Rusiya parlamentinin Müdafiə Komitəsinin üzvü, rus ordusunun ehtiyatda olan generalı Andrey Qurulyov Kalininqradla bağlı NATO ölkələrini hədələyib.
"Londonu vuracağıq, sonra...” – Rus general HƏDƏLƏDİ
Bildirilir ki, general mümkün müharibədə Rusiyanın Varşava və Berlini yox, əvvəlcə Londonu raketlərlə vuracağını iddia edib.

"Birinci hava əməliyyatı zamanı bütün düşmən qrupları məhv ediləcək", - Qurulyov deyib.

General Qərb dövlətləri ilə mümkün müharibədə Rusiyanın hərbi planlarına diqqət çəkib:

"Amerikalı və ya ingilis olmaları heç kimin vecinə olmayacaq. Əlbəttə ki, Varşava, Paris və ya Berlindən başlamayacağıq, ilk olaraq London vurulacaq. Kritik ərazilərin məhv edilməsi əməliyyatı çərçivəsində Qərbi Avropanın elektrik enerjisi təchizatı kəsiləcək və iflic olacaq. Bütün enerji təchizatı sahələri məhv ediləcək.

Üçüncü mərhələdə ABŞ-ın soyuqda, yeməksiz və işıqsız mübarizəni davam etdirməsi ilə bağlı Qərbi Avropaya nə deyəcəyini gözləyirəm. Maraqlıdır, onlar necə kənarda qalacaqlar? Bu kobud plandır və bəzi məqamların üstündən qəsdən keçirəm, çünki bunlar televiziyada müzakirə olunmayacaq".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi