azia.az
azia.az

“Tezliklə rusların sevimli məkanına çevriləcək” - Qarabağ haqqında AÇIQLAMA

30-05-2022, 09:53


İşğaldan azad ediləndən sonra bərpa olunan Qarabağ unikal regiona çevriləcək, bir vaxtlar talanmış və dağıdılmış ərazilərin yenidən necə bərpa edildiyinin nümunəsi olacaq.
“Tezliklə rusların sevimli məkanına çevriləcək” - Qarabağ haqqında AÇIQLAMA
Xəbər verilir ki, bu fikirləri Rusiya Siyasi Araşdırmalar İnstitutu direktorunun müavini Darya Qrevtsova bildirib.

Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edən politoloq deyib:

“Mən Azərbaycanı, gözəl Bakı şəhərini çox sevirəm. Bu ölkəyə tərəqqi və inkişaf arzulayıram. Biz Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın ölkənin inkişafına necə böyük töhfələr verdiklərini görürük. Biz Qarabağ regionunun necə sürətli templərlə inkişaf etdiyinin şahidiyik”.

Darya Qrevtsovanın sözlərinə görə, Azərbaycanın Qarabağ regionu tezliklə turistlərin ən sevimli yerinə çevriləcək. “Ümidvaram ki, bir çox rusiyalı tezliklə gözəl Qarabağı ziyarət edəcək, nə vaxtsa nağıllarda, tarixi hekayələrdə oxuduqlarını öz gözləri ilə görəcəklər”, – deyə politoloq əlavə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi