Canlı yayımda dava düşdü: Lalə Azərtaş ayırdı - VİDEO
"Xəzər TV"də yayımlanan "Təsir dairəsi" ictimai-sosial verilişində gərgin anlar yaşanıb.
Xəbər verilir ki, verilişdə qonaq olan Samirə adlı bir qadın baldızı Xuramanla əlbəyaxa davaya çıxıb. Buna səbəb isə tərəflərin ev üstündə mübahisə etməsi olub. İş o yerə çatıb ki, verilişin çəkiliş heyəti və aparıcısı Lalə Azərtaş tərəfləri ayırmaq məcburiyyətində qalıb.