azia.az
azia.az

Həcc ziyarətinin qiyməti niyə artıb? — VİDEO

26-05-2022, 07:21

Həcc ziyarətinin qiyməti niyə artıb? — VİDEO
Son vaxtlar dünyada baş verən qiymət artımı Həcc ziyarəti ilə bağlı məsələlərə də təsir edib”. Bunu ARB 24-ün “İş Vaxtı” verilişinə açıqlamasında QMİ-nin sədr müavini Salman Musayev deyib. O bildirib ki, Bakıdan gediş-gəliş üçün zəvvarlara çəkilən bütün xərclər 5350 ABŞ dollarına daxildir: “Səudiyyə Ərəbistanının qəbul etdiyi qərarlar əsasında, qiymətlər xeyli artıb. Hətta zəvvarların sağlamlıq məsələlərinin qorunması da ödənişə daxildir. Əvvəlki illlərdə bunların hamısı ödənişsiz idi. Amma bu il bu xərclər də ziyarət səfərinin qiymətinin üzərinə gəlib”.

Qeyd edək ki, bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi