azia.az
azia.az

Tanınmış həkimdən xərçəngə qarşı çay resepti

21-05-2022, 07:51

Tanınmış həkimdən xərçəngə qarşı çay resepti
Həkim-fitoterapevt Fizuli Hüseynov sosial şəbəkədə xərçəng xəstəliyinin həm müalicəsi, həm də profilaktikası üçün resept paylaşımı edib.

"Hərəsindən 0.5 kq udi-hindi və qara zirə toxumu üyüdülüb toz formasına salınır, bir-birinə qarışdırılır, şüşə bir balona tökülüb saxlanılır.

Gündə 3 dəfə, yeməkdən 1 saat əvvəl qarışıqdan 1 çay qaşığı götürüb 200 ml (1 stəkan) qaynar suya qarışdırılır. 5 dəqiqədən sonra 1 çay qaşığı bal əlavə edib içilir və ya gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı ağıza atılır üzərindən 1 stəkan su içilir".

Həkim əlavə edib ki, bu qarşımın dadı xoşagələn olmasa da şəfalıdır: "Bu resepti həmin qarışım qurtarana qədər etsəniz nəticəni özünüz görəcəksiniz".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi