azia.az
azia.az

Dövlət Xidməti satınalan təşkilatlar və sahibkarlar üçün kompleks təlimlərə başlayır

20-05-2022, 20:22

Dövlət Xidməti satınalan təşkilatlar və sahibkarlar üçün kompleks təlimlərə başlayır
Dövlət satınalmalarında iştirak edən tərəflərin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti təlimlər təşkil edəcək.
Təlim proqramları satınalan təşkilatları və sahibkarları maraqlandıran suallar, tərəflərin üzləşdiyi çətinliklər və təkrarlanan pozuntuların təhlili əsasında hazırlanıb.
25 may tarixində “Dövlət satınalmalarının təşkili: rəqabətlilik və səmərəliliyin təmin edilməsi” mövzusunda satınalan təşkilatların nümayəndələri üçün təşkil olunacaq ilk seminarda 16 dövlət qurumunu təmsil edən 50-dən çox mütəxəssisin iştirakı nəzərdə tutulur.
Seminar dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin ixtisas səviyyəsinin və nəzəri biliklərinin artırılması məqsədilə təşkil olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi