azia.az
azia.az

"İngilis dilli könüllülər" qrupunun son tədbiri keçiriləcək.

19-04-2022, 20:05

"İngilis dilli könüllülər" qrupunun son tədbiri keçiriləcək.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Dünya Azərbaycanlılarının Vətənpərvərləri ictimai birliyinin icra etdiyi layihə “İngilis dili bacarıqlarının inkişaf etdirmək məqsədilə ingilis dili kurslar vasitəsilə gənclərin maarifləndirici "İngilis dilli könüllülər" qrupunun yaradılması” adlanır.


Dünya Azərbaycanlılarının Vətənpərvərləri ictimai birliyinin icra etdiyi layihə 3 ay müddətinə icra olundu. Layihədə Bakı şəhəri qəsəbələrində valideyni Qarabağ müharibəsi iştirakçısı olan gənclərə önəm verməklə onların iştirakı ilə xarici dil biliyinin inkişaf etdirilməsi məqsədilə intensiv ingilis dili təlimləri keçirildi. Təlimlərdə 30 –dan çox məktəbli iştirak edib. 20 aprel 2020-ci il tarixində Suraxanı Gənclər Evində “İngilis dili bacarıqlarının inkişaf etdirmək məqsədilə ingilis dili kurslar vasitəsilə gənclərin maarifləndirici "İngilis dilli könüllülər" qrupunun yaradılması” layihəsinin son tədbiri keçiriləcək.Məktəblilərə Diplomlar veriləcək. Az müddətdə doğmalaşan şagirdlər üçün ictimai birlik Layihənin davamlılığını öz üzərinə götürür. Tədbirin sonunda çay süfrəsi açılacaq.


"İngilis dilli könüllülər" qrupunun son tədbiri keçiriləcək.
"İngilis dilli könüllülər" qrupunun son tədbiri keçiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi