azia.az
azia.az

Bakıda Qarabağ QAZİSİNİ DÖYƏN ŞƏXS 420 minə CƏNNƏTDƏN TORPAQ “ALAN” İMİŞ

14-05-2022, 07:49


Bakıda Qarabağ QAZİSİNİ DÖYƏN ŞƏXS 420 minə CƏNNƏTDƏN TORPAQ “ALAN” İMİŞ
Qarabağ qazisi Ceyhun Məhərrəmovun mayın 3-də evinin girişində bir qrup şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdik.
Xəbər verilir ki, qazini döyən şəxslər barədə təfərrüatlar məlum olub.
Bakıda Qarabağ QAZİSİNİ DÖYƏN ŞƏXS 420 minə CƏNNƏTDƏN TORPAQ “ALAN” İMİŞ
C. Məhərrəmovun hadisə barədə polisə şikayət etməsindən sonra məlum olub ki, davaya gələnlər arasında Zaur Abdullayev və qardaşı Faiq Abdullayev də olub.

Onlar bir neçə ay öncə ayır-ayrı şəxslərə qarşı xuliqanlıq əməlləri törətmələri və təhdid etdikləri üçün Xətai rayon Baş Polis İdarəsində inzibati xətalar məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək cərimələniblər.

Faiq Abdullayevin adı mətbuata “Şaurma N1”in şəriki Aqil Babayevin işindən məlumdur. Faiq Abdullayev iddia edir ki, Aqil Babayev ona 420 min manat müqabilində cənnətdə torpaq vəd edib.

Ceyhun Məhərrəmovun dediyinə görə döyülməsinin səbəbi “Şaurma N1”in şəriki Aqil Babayevin cinayət işi üzrə şahid qismində verdiyi ifadədir. Belə ki, “Şaurma N1” restoranın VÖEN-i və patent hüququ Ceyhun Məhərrəmovun adına olub. O, istintaq zamanı əsl həqiqətləri bildirərək şəriklərinin Natiq Sadıqov və Aqil Babayev olmasını təsdiqləyib. Bundan sonra bu cinayət işində saxta zərərçəkmişlər birləşərək Ceyhun Məhərrəmovun ifadəsini geri götürməsini ilk öncə pul qarşılığında istəsələr də, razılaşmadığı üçün onu döyərək təhqir ediblər. Bu hadisə ilə bağlı DİN “102 qaynar” xəttinə məlumat verilib. Hal-hazırda 36-cı polis bölməsində tədqiqat aparılmasına baxmayaraq, xuliqanlıq hadisəsini törətmiş şəxslər şahidləri təhqir və təhdid etməkdə davam edirlər.Musavat.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi