azia.az
azia.az

Azərbaycanda ana gözlərini oğluna verdi - VİDEO

14-05-2022, 07:39

Azərbaycanda ana gözlərini oğluna verdi - VİDEO
"Gözlərim tutulandan sonra yatmağı çox sevirəm. Çünki yuxuda uşaqlarımı görürəm”.

Xəbər verilir ki, bunu Baku TV-də yayımlanan "Arzunun vaxtı” verilişinin növbəti qəhrəmanı Türkan Hüseynova deyib.

Görmə məhdudiyyətli Türkanın üç övladı var. Sonuncu övladına hamilə olarkən həkimlər ona bu uşağı dünyaya gətirəcəyi təqdirdə görmə qabiliyyətini itirəcəyini deyib. Lakin ana övladının həyatını üstün tutaraq gözlərini ona qurban verib.

Ən böyük arzusu övladlarının üzünü görmək olan ana onları böyüdərkən yaşadığı çətinliklərdən də bəhs edib.

"Kirayə yaşadığmız evi dəyişəndə əziyyət çəkirik. Mühitə alışıram, sonra başqa evə köçməli oluruq və hər şey yenidən başlayır”, - deyə o qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi