azia.az
azia.az

Müəmmalı tenderlə bağlı İcra Hakimiyyətindən AÇIQLAMA

10-05-2022, 14:47

Müəmmalı tenderlə bağlı İcra Hakimiyyətindən AÇIQLAMA
Ötən günlərdə Ağstafa rayon İcra Hakimiyyətinin tabeliyində Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin tenderi geniş müzakirə obyektinə çevrilmişdi. Belə ki, elanın verilməsindən sonra yaradılan “Palma-Z” MMC 3 sorğunun qalibi olmuş və şirkətlə ümumilikdə 47,789 min manat məbləğində satınalma müqaviləsi imzalanmışdı.

Daha ətraflı: Elandan sonra yaranan şirkət tenderi uddu - MÜƏMMA

Ağstafa rayon İcra Hakimiyyəti sözügedən tenderlə bağlı “Ölkə.Az”a açıqlama verib.

Açıqlamada bildirilir ki, kotirovka sorğusu “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən deyil Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilib: "Nəzərinizə çatdırırıq ki, qeyd olunan bütün əməliyyatlar müraciət etmiş iddiaçılar tərəfindən aydın şəkildə izlənilə bilir. Əgər iddiaçılar tərəfindən hər hansı bir şikayət məktubu əsasında narazılıq irəli sürülərsə, işə yenidən baxılır. Heç bir halda rəsmi qeydə alınmamış işlə bağlı maliyyələşmə açılmır. Satınalmaların düzgün həyata keçirilməsinin araşdırılması səlahiyyəti yerli icra hakimiyyəti başçısına deyil, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə aiddir".

"Satınalan təşkilat tenderdə iştirak etmək istəyən iddiaçı təşkilata məhdudiyyət qoya bilməz", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi nəqliyyat vasitələrinin cari təmiri üçün ehtiyat hissələrinin, elektrik mal-materialının, işçi ləvazimatları və mal materialın satınalınması ilə bağlı elan etdiyi 3 kotirovka sorğusu elan etmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi