azia.az
azia.az

Meyxanaçı dava etdiyi restoranından nə qədər qazanırdı? - VİDEO

8-05-2022, 07:16


Meyxanaçı Aqşin Fateh dava düşən retoranından danışıb.
Meyxanaçı dava etdiyi restoranından nə qədər qazanırdı? - VİDEO
ARB-də yayımlanan "Həmin Zaur” proqramına qonaq olan ifaçı keçmiş şəriki barədə "Çörək verdiyimiz insanlar üzümüzə dayandı” sözlərini deyib.

Daha sonra davadan danışan Fateh ortağının əli çörəyə çatana qədər onun adından istifadə etdiyini bildirib. Aqşin sözügedən restorandan hər ay 20-30 min manat qazandığını da açıqlayıb.

Qeyd edək ki, aprelin 28-də Aqşinin ortaq olduğu restoranda dava düşüb. Buna səbəb hər iki tərəf arasında yaranan problemlər olub.

Belə ki, aprelin əvvəlindən F.Alıyev Fatehi restorana buraxdırmayıb və onlar arasında mübahisə yaranıb, şəriklik müqaviləsinə xitam verilib. Aprelin 17-də isə
Aqşin bir neçə adamla restoranda olan əşyalarını, özünə məxsus bəzi texnikalarını götürmək üçün oraya gedib. Bu zaman tərəflər arasında münaqişə yaranıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi