azia.az
azia.az

Sumqayıtda baş verən yanğın TƏXRİBAT, ya TƏSADÜFDÜR? – “Mesajdırsa, buna cavab vermək lazımdır”

29-04-2022, 12:27

Sumqayıtda baş verən yanğın TƏXRİBAT, ya TƏSADÜFDÜR? – “Mesajdırsa, buna cavab vermək lazımdır”
"Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının səbəbi ilə bağlı müxtəlif versiyalar ortaya atılır. Çoxsaylı ehtimallarda isə yanğının təxribat xarakterli və Rusiya kəşfiyyatı tərəfindən törədildiyi qeyd olunur. Səbəb olaraq isə Ukraynaya Azərbaycan tərəfindən ard-arda göndərilən humanitar yardımın Rusiya tərəfindən həzm edilməməsidir.

Qeyd edək ki, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Azərsun Sənaye Parkı”nda baş verən yanğının ilkin səbəbini açıqlayıb.

Nazirin sözlərinə görə, yanğın sahəsinin kənarında karton tullantıları olub. Ehtimal olunan ilk varianta görə yanğın oradan başlayıb. Nazirin sözlərinə görə müəssisənin özünün təhlükəsizlik kameralarında bu, əks olunub.

Məlumata görə məhz ötən gün Sumqayıt şəhərindən Ukraynaya dəyəri 10 milyon manatdan çox olan böyük ərzaq və geyim yardımı göndərilib.

Maraqlıdır, məhz eyni gündə, üstəlik Sumqayıt şəhərində əhatə dairəsi geniş olan yanğının baş qaldırması təsadüf ya, təxribatdır? Məsələ ilə bağlı “Ağ” Partiya başqanı Tural Abbaslı fikirlərini bölüşüb. O, deyib ki, istintaq nəticələri elan olunana qədər istənilən versiyanın yaşamaq hüququ var:

“Nəzərə alsaq ki, Rusiya heç də sivil dövlətlər sırasına daxil deyil və biz heç də inkar edə bilmərik ki, yox, bunu Rusiya edə bilməz. Yaxud Rusiya Xüsusi Xidmət orqanları belə əməllər törətməz. Çünki onların xarakterində də bu var. Son zamanlar Ukrayna-Azərbaycan münasibətlərinə görə təbii ki, yanğında Rusiya izinin olması ehtimalı var. Amma nəyisə demək və ya iddia etmək tezdir. Ola bilsin ki, araşdırmaların nəticəsində də təxribat izinin olması ortalığa çıxsın. Yaxud hansısa ikinci, üçüncü dövlətlər trəfindən həyata keçirilib.

Ehtimal da var ki, bu, heç elan olunmaya da bilər. Yəni, yanğının texniki, təhlükəsizlik qaydalarına əməl etməmə, yaxud qısaqapanma səbəbindən baş verməsi versiyaları da ortalığa atıla bilər”.

Tural Abbaslının fikrincə, bu məsələdə cəmiyyətin məlumatlandırılması ikinci planda olmalıdır:

“Əsas odur ki, Azərbaycan hadisənin hansı səbəbdən baş verməsini bilsin. Ilk addım hadisənin səbəbi və mahiyyətinin araşdırılmasıdır. Çox güman ki, təxribat olsa belə dövlət yanğının texniki səbəbdən baş verməsini elan edəcək. Çünki hadisənin səbəbini etiraf etmək və ya məsələnin üzərinə getmək indiki məqamda hökumətin maraqlarına cavab vermir. Əgər mesajdırsa, buna müsbət və ya neqativ cavab vermək lazımdır. O baxımdan dövlət özü üçün də gediaşatı dəqiqləşdirlməlidir”.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi