azia.az
azia.az

Altı il əvvəl avtomobil satan şəxsin sürücülük hüququ əlindən alınıb - VİDEO

29-04-2022, 08:41


Altı il əvvəl avtomobilini baş etibarnamə ilə satan Bakı sakini Vaqif Bağırov problemlə üzləşib. Həmin avtomobilin cərimə protokolları hələ onu satan şəxsə gəlir.
Altı il əvvəl avtomobil satan şəxsin sürücülük hüququ əlindən alınıb - VİDEO


V.Bağırov deyir ki, qardaşı Əlövsət Bağırovun adına dövlət qeydiyyat nişanı ''90-ZL-475'' olan "Niva" markalı avtomobili olub.



O, 2016-cı ildə həmin maşını satıb. Alan şəxsə avtomobili adına keçirməsi üçün etibarnamə verib. Ancaq hələ də həmin şəxs maşını adına keçirməyib.



V.Bağırov bildirir ki, 2017-ci ildən bu günə qədər hələ də həmin avtomobil saxlanmayıb. Cərimələri ödənilmədiyi üçün bu yaxınlarda onun qardaşı Sabunçu məhkəməsinə dəvət edilib və sürücülük hüququ əlindən alınıb.



Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Mübariz Ağayev bildirdi ki, 2015-ci ildən başlayaraq həmin avtomobil Əlövsət Bağırov və onun etibar etdiyi adam tərəfindən ümumilikdə 4 nəfərə müxtəlif vaxtlarda etibar edilib. Hazırda həmin etibarnamələrin hamısının müddəti bitib və bu səbəbdən də avtomobilə yazılan cərimə protokolları real vaxt rejmində əvəlki sahibi Əlövsət Bağırovun adına göndərilir. Vətəndaş yaranan problemlə əlaqədər olaraq Baş Dövlət Yol Polisi İdarəsinə gəlməli və yaxud ərizə ilə müraciət etməlidir. Onun müraciəti araşdırılacaq və qanuna müvafiq addım atılacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi