azia.az
azia.az

Vilayət Eyvazovla görüşdən sonra da işin üstü açılmasa, deməli nəsə var...

27-04-2022, 14:14

Vilayət Eyvazovla görüşdən sonra da işin üstü açılmasa, deməli nəsə var...
“Bəxtiyar Hacıyev tərəfindən söylənilən fikirlər təkzib olunmayıb və bu əməli törədənlər tapılmayıb”.
Bunu Bakupost.az -a açıqlamasında Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn ictimai fəal Bəxtiyar Hacıyevə qarşı edilənlərlə bağlı danışarkən deyib.
O bildirib ki, bu hadisənin üstü açılmasa daha ciddi problemlər yarana bilər:


Vilayət Eyvazovla görüşdən sonra da işin üstü açılmasa, deməli nəsə var...
“Bəxtiyar Hacıyev tanınmış ictimai-siyasi fəallardandır. Hakimiyyətin, iqtidarın tənqidçilərindən biri kimi tanınır. Ona qarşı zorakılıq, işgəncə, təzyiq faktları istər-istəməz böyük rezonans doğurur. Lakin istənilən vətəndaşın başına bu hadisə gələrsə, ciddi bir reaksiya verilməlidir. Çünki biz 21-ci əsr dövlətində yaşayırıq. Ölkənin paytaxtında vətəndaşın oğurlanması, döyülməsi, təhqir olunması kimi hadisə təəssüf doğurur. Hər halda Bəxtiyar Hacıyev tərəfindən söylənilən fikirlər təkzib olunmayıb. Eyni zamanda bu əməli törədənlər də tapılmayıb”.
P. Hüseyn bu hadisələrin təkrarlandığını qeyd edib:
“Tofiq Yaqublu hadisəsində deyildi ki, guya özü-özünə zorakılıq hərəkətləri edib. Təbii ki, bu da heç kim tərəfindən inandırıcı görünmədi. İndi də deyilir ki, Bəxtiyar Hacıyevin olduğu ərazidə ya videokamera yoxdur, ya da görüntülər silinib. Bu, istər-istəməz əsassız olmayan şüphələrin yaranmasına səbəb olur. Hakimiyyət bu iddiaların, şüphələrin aradan qaldırılmasını özü istəməlidir. Əgər görüntülər açılmırsa, deməli iddialar və şübhələr əsaslıdır. İstənilən halda bu vəziyyəti pisləyirik. Çünki bu hallar artıq təkrarlanır. Bu, ilk növbədə ictimai asayişə nəzarət etməli olan polisin, təhlükəsizlik orqanlarının işidir. Bəxtiyar Hacıyevin sözlərinə görə, onu daxili işlər naziri qəbul edib. Bundan sonra məsələ qapalı qalarsa, ciddi fikirlərə rəvac vermiş olacaq. O baxımdan məsələyə hərtərəfli aydınlıq gətirilməsini, cinayətkarların tapılıb cəzalandırılmasını gözləyirik” .


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi