azia.az
azia.az

Oruc vaxtı televizora baxmaq günahdır?

25-04-2022, 07:50


Bu barədə deyilənlər əsassızdır. Bu, Aşurə günü sabun işlətməyin günah olduğunu demək kimi bir şeydir. Heç bir əsası yoxdur. İslam dinində qadağa və məhdudiyyətlərin sayı məhduddur; qalan hər şey halaldır.
Oruc vaxtı televizora baxmaq günahdır?
Odur ki, orucluq ayında da televizora baxmaq olar. Təbii ki, bütün günü ekranın qabağında keçirmək olmaz. Televizoru: "Vaxt keçsin", - deyib vaxt öldürmə vasitəsinə çevirmək olmaz.

"Televizora baxmaq təhlükəlidir və yaxud deyil" demək olmaz. Əgər bir verilişdə milli-mənəvi dəyərlərimizə, dinimizə, əxlaq anlayışımıza və ailə ədəb-ərkanımıza zidd şeylər varsa, ona baxmaq düz deyil. Bununla yanaşı, televizora baxdıqda heç bir ibadəti keçirməmək lazımdır. Bir sözlə, televizora baxmaq namaz qılmaq və məscidə getməyə mane olmamalıdır. Bunları yerinə yetirmək şərtilə televizora baxmaq olar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi