azia.az
azia.az

Turan İbrahimov: “Yaşasın Putin...”

24-04-2022, 07:46

Turan İbrahimov: “Yaşasın Putin...”
“Artq yüz ildir ki, var gücləri və bütün imkanları ilə ukraynalılar özlərinə, ruslara və dünyaya sübut etməyə çalışırdılar ki, onlar rus deyillər, ayrıca milli və mədəni reallıqdılar. Ancaq buna tam mənası ilə heç cür nail ola bilmədilər, bilməmişdilər… Bu səbəbdən də əslində Ukraynanın ən böyük milli şəxsiyyəti məhz elə Putindir. Onlar Putinə hər zaman minnatdar olacaqlar. Hətta gələcəkdə ona, mütləq heykəllər ucaldıb, adını prospektlərə verməlidirlər”.

Bunu telejurnalist Turan İbrahimov bildirib.

“Putin hazırda Ukraynada etdikləri ilə nəinki Ukraynanı Rusiyadan tamamilə ayırdı, hətta zəif də olsa, perspektivi olan şərqi slavyan xalqları birliyini yox etdi. SSRİ və ya ona bənzər hansısa Rusiya mərkəzli birlikdən danışmaq da artıq əbəsdir. Yaşasın Putin!” – o qeyd edib. |Pravda.az|


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi