azia.az
azia.az

Nazir İH sədrini işdən çıxardı - Vəzifəsini “İlin gəncinə” tapşırdı

18-04-2022, 14:08

Nazir İH sədrini işdən çıxardı - Vəzifəsini “İlin gəncinə” tapşırdı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Qaynarinfo-nun nazirliyə yaxın mənbədən əldə etdiyi məlumata görə, nazir Sahil Babayevin müaviq əmri ilə Elşən Səlim oğlu Əsədov işdən çıxarılıb.

Nazir İH sədrini işdən çıxardı - Vəzifəsini “İlin gəncinə” tapşırdı
Elşən Əsədov

Nazirin digər əmri ilə Səfərli Elnur Novruz oğlu İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edəcək.

"Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin mətbuat katibi Fidan Cəfərova (Abdulzadə) bu barədə açıqlama vermək istəmədiyini bildirib.

Qeyd edək ki, Elnur Səfərli 1989-cü il fevralın 6-da Bakı şəhərində anadan olub. Türkiyədə apardığı "Proqramçıların səmərəliyinin ölçülməsi" elmi araşdırması Almaniyanın "Lab-publishing Group” elmi nəşriyyat şirkəti tərəfindən çap olunaraq, 40 ölkədə satışa çıxarılıb. 2015-ci ildə təhsil sahəsində "Gənclər Mükafatına” layiq görülüb və "İlin gənci" seçilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi