azia.az
azia.az

Yaxın günlərin hava proqnozu AÇIQLANDI

16-04-2022, 15:09

Yaxın günlərin hava proqnozu AÇIQLANDI
Yaxın günlərdə müşahidə olunacaq hava şəraiti açıqlanıb.

Azia.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hazırda ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə olunur.

Havanın temperaturu iqlim normasından 2.0° yüksəkdir. Yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında, bölgələrdə hava şəraitinin sabit olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 17-də gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 15-20° isti, bəzi rayonlarda 20-25° isti, dağlarda isə 8-13° isti olacaq. Mülayim cənub küləyi aprelin 18-19-da ayrı-ayrı yerlərdə arabir güclənəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi