azia.az
azia.az

Xəndan Əhmədov yaxın zamanda həbs oluna bilər... - İDDİA

14-04-2022, 13:06

Xəndan Əhmədov yaxın zamanda həbs oluna bilər... - İDDİA
İndi haqqında bəhs edəcəyimiz keçmiş fizika müəllimi, hazırda Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin direktoru olan Xəndan Əhmədov haqqına media üzərindən araşdırma aparan zaman maraqlı məlumatlara rast gəldik.
Bu adam özü barəsində nə qədər “bəy tərifi” yazdırıb, az qala özü haqqında bəzi “mirzə”lərə sifariş edərək özünü vəsf etdirib.
Gəlin, görək, cənab Xəndan Əhmədov həqiqətənmi həmin tərfilərə layiq əməllərin sahibidir.
Birincisi, ondan başlayaq ki, Sumqayıtı az-çox tanıyanlar bilir ki, şəhərdə yüksək gərginlikli elektrik xətlərinin altında kifayət qədər ticarət və ictimai-iaşə obyektləri var. Ki, bunların hamısı boş yerdən yaranmayıb, yəni nəyinsə qarşılığında həmin qadağan olunmuş sahədə lövbər salıblar.
İkincisi, illər uzunu Sumqayıt işıq idarəsində çalışan və dövlətdən konkret miqdarda əmək haqqı alan Xəndan Əhmədov dəyəri milyonlar olan və dəniz sahilində yerləşən “SLAYT” restoran və istirahət mərkəzini hansı pulla yaradıb..?
Bəlkə babasından xəzinə qalıb, yaxud özü xəzinə tapıb.
Axı, bütün dünyada Xəndan Əhmədov kimi məmurlar hər ay gəlirləri barədə bəyannamə verirlər.
Görəsən, sabah bu məsələ ölkəmizdə işə düşsə, Xəndan Əhmədov o bəyannaməyə nə yazacaq..?
Deyəcək ki, milyonlarla dəyəri olan restoranı işıq satmaqla əldə etmişəm..?
Təsəvvür edirsiniz, Xəndan Əhmədov həmin bu bahalı restoranını bir iş adamına ayda 30 min manata icarəyə verib.
İş adamı isə restoranın yenidən qurulması üçün 1 milyon xərcləyərək restoranı daha “prestijli” edib.
İndi Xəndan Əhmədov iki ayağını bir başmağa dirəyib ki, mənim restoranımı tərk elə...
Biçarə iş adamı deyir ki, axı, biz belə danışmamışdıq. Çıx deyirsənsə, onda xərclədiyim 1 milyonu qaytar.
Xəndan Əhmədov isə həmin iş adamının pulunu vermir və məsələ ciddi şəkildə narazılıq yaradıb.
Bütün bunlar azmış kimi Xəndan Əhmədovun oğlu polis mayoru Aqşin Əhmədov bu ilin yanvar ayında, cənab Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis orqanlarından qovulub.
Rəsmi məlumatda qeyd edilir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi, polis mayoru Aqşin Əhmədov xidmətdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.
Qeyd edək ki, həmin bölmədə xidməti yoxlama aparılıb. Yoxlama nəticəsində nöqsanlar aşkarlanıb və bir neçə polis zabitinə töhmət verilib.
Özəl məlumatlara görə, isə Aqşin Əhmədov birtəhər həyat tərzi sürüb və kifayət qədər qanunsuzluqlara yol verib.
Məlumat üçün onu da qeyd edək ki, Aqşin Əhmədov əvvəllər Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsində rəis müavini olub.
Bir sözlə, ata-oğul Əhmədovların məsələsi deyəsən bitmək üzrədir.
Özəl mənbədən daxil olan məlumata görə, Xəndan Əhmədov yaxın zamanda həbs olunacq.
Həbsə səbəb isə ata və oğulun törətdiyi qanunsuz əməllərdir.
Yazıda bəzi saytların məlumatlarından istifadə edilib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardı var.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi