azia.az
azia.az

"Bayraktar TB2" Ukraynada bir çox Rusiya texnikasını, həmçinin "Uraqan” reaktiv yaylım atəş sistemini məhv etdi-Rusiya Türkiyəyə şikayət etdi

9-04-2022, 17:21


"Bayraktar TB2" Ukraynada bir çox Rusiya texnikasını, həmçinin "Uraqan” reaktiv yaylım atəş sistemini məhv etdi
"Bayraktar TB2" Ukraynada bir çox Rusiya texnikasını, həmçinin "Uraqan” reaktiv yaylım atəş sistemini məhv etdi-Rusiya Türkiyəyə şikayət etdi
Rusiya "Bayraktar"a görə Türkiyəyə şikayət etdi - Ankaradan cavab
Rusiya Ukrayna ordusunun Türkiyə istehsalı olunan pilotsuz uçuş aparatlarından ("Bayraktar TB2") istifadə etməsindən Türkiyə hakimiyyətinə şikayət edib.

Gundem.az xəbər verir ki, bu barədə cümə günü keçirilən brifinqdə Türkiyə hökumətinin rəsmisi danışıb

Artıq rəsmi Ankara Rusiyanın şikayətinə cavab verib: "Rəsmi Moskvaya bildirilib ki, Türkiyənin pilotsuz təyyarə istehsalçısı "Baykar Technologies" özəl şirkətdir və Ukrayna tərəfindən bu cihazların alınması müharibədən əvvəl tamamlanıb".

CNN qeyd edir ki, türk PUA-ları Ukrayna Silahlı Qüvvələrinin arsenalında ən təsirli silahlardan birinə çevrilib. "Bayraktar TB2" Ukrayna rəsmiləri və hərbi ekspertlər tərəfindən tez-tez təriflənir.

Qeyd edək ki, "Bayraktar TB2" Ukraynada bir çox Rusiya texnikasını, həmçinin "Uraqan” reaktiv yaylım atəş sistemini məhv edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi