azia.az
azia.az

Ukraynada şəhid olan daha bir azərbaycanlı: bu törən Elmir Həsənov üçünmüş - dəqiqləşdi! VİDEO

8-04-2022, 10:34

Ukraynada şəhid olan daha bir azərbaycanlı: bu törən Elmir Həsənov üçünmüş - dəqiqləşdi! VİDEO

Ukraynada şəhid olan daha bir azərbaycanlı: bu törən Elmir Həsənov üçünmüş - dəqiqləşdi! VİDEO
Bu günlərdə Ukrayna müharibəsində Rusiya ordusuna qarşı döyüşlərdə həlak olan azərbaycanlı haqda Musavat.com saytında məqalə dərc edilib.

Məqalədə müharibədə həlak olan şəxs Rüstəm İsmayılov kimi təqdim edilib. Onun cənazəsinin Azərbaycana yola salınması ilə bağlı törəndən çəkilən videolar da saytda verilib.

Məqalə Rüstəm İsmayılovun yaxınlarına istinadla hazırlandığı üçün Musavat.com əlavə araşdırma aparmağa gərək görməyib. Bildiririk ki, Rüstəm İsmayılov da Ukrayna döyüşlərində həlak olub.

Aprelin 7-də günün ikinci yarısı redaksiyamıza yeni məlumat daxil olub. Məlumatda bildirilir ki, Ukraynada həlak olan şəxslə bağlı təqdim etdiyimiz video əslində Rüstəm İsmayılova aid deyil. Bu cənazə törəni Ukraynada həlak olmuş başqa bir azərbaycanlı döyüşçüyə - Elmir Elşən oğlu Həsənova məxsusdur.

Məlumatı verən mənbə Musavat.com-a onu da deyib ki, Elmir Həsənovun nəşi ölkəsinə dövlət səviyyəsində təşkil edilmiş mərasimlə yola salınıb. Cənazənin 2 gün sonra Azərbaycana çatacağı deyilir.

Bu yanlışlığı görə Musavat.com Elmir Həsənovun doğmalarına, ailə üzvlərinə üzrxahlığını bildirir.

Elmir Həsənova və Rüstəm İsmayılova Allahdan rəhmət diləyir, ailələrinə və doğmalarına səbr, dözüm arzulayırıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi