azia.az
azia.az

Baş nazir QƏRAR İMZALADI

7-04-2022, 13:10

Baş nazir QƏRAR İMZALADI
Nazirlər Kabineti 17 oktyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”nda dəyişiklik edib.

Azia.az xəbər verir ki, Baş Nazir Əli Əsədovun qərarına əsasən, siyahıya daxil olan “Keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyalar və qeydiyyata alınmamış digər lotereyalar” anlayışı “Qumar oyunları, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” qanunlarla müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunları və lotereyalar” anlayışı ilə əvəzlənib, ayrıca “Qumar oyunları” anlayışı ləğv olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi