azia.az
azia.az

Qarayevin büdcəmizdən OĞURLADIQLARI... - BU DA FAKT!!!

6-04-2022, 10:40

Qarayevin büdcəmizdən OĞURLADIQLARI... - BU DA FAKT!!!
Keçmiş mədəniyyət nazirimiz Əbülfəs Qarayevin çevrəsində həbslər olsa da və bu zaman mədəniyyətimizə dövlət büdcəsindən ayrılan milyonların talandığının şahidi olsaq da, ona - yəni cənab Qarayevə güldən ağır söz deyən tapılmadı. Ona görə yox ki cənab Qarayev aydan arı, sudan duru idi... Hər halda, zaman-zaman açıqlanan faktlar da təsdiqləyir ki, keçmiş nazirimiz büdcəyə nəyi var şəriklik edib. Belə faktlardan növbətisini təqdim edirik.

Tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənlinin bu dəfəki "qonağı" keçmiş mədəniyyət nazirimizdir. Bu da faktlar:


Qarayevin büdcəmizdən OĞURLADIQLARI... - BU DA FAKT!!!
"Adriatik dənizinin sahilində Xorvatiyanın tarixi Pula şəhəri Avropanın ən maraqlı turizm məkanlarındandır. Şəhərin mərkəzində romalılar zamanında qladiator döyüşlərinin keçirildiyi Amfiteatr meydanı bütün dünyadan turistləri özünə cəlb edir.
Koleziyumun (dairəvi amfiteatr arenası) tam da yanında keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevə məxsus üçulduzlu, üçmərtəbəli "AMFİTEATAR" OTELi yerləşir. Əbülfəs Qarayev bu hotelə 12 il əvvəl sahib olub. O, o zaman Azərbaycan Respublikasının Mədəniyyət və turizm naziri vəzifəsini icra edirdi.
Pulanın Amfiteatr küçəsi 6-da yerləşən otel 18 nömrədən və geniş restorandan ibarətdir, bura köhnə tarixi bina olub, yerli dövlət orqanları binanın mühafizəsi şərtilə modernləşdirilməsinə izn veriblər. O zaman Xorvatiya mediası yazırdı ki, otel Azərbaycandan olan "biznesmenə" 1 milyon avroya başa gəlib (https://glasistrenovine.hr/.../hotel-kraj-arene-grade...).
Yatırım edən LK D.O.O. (LTD) şirkəti 2008-ci ildə Pulada Mutvoranska 3 ünvanında 20 min xorvat kunası nizamnamə kapitalı ilə qeydiyyata alınıb. Daşınmaz əmlak alışı və satışı kateqoriyasında təsnifləşdirilmiş LK D.O.O-nun təsisçisi isə keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin həyat yoldaşı LALƏ KAZIMOVAdır. Xorvatiya mənbələrinə görə LK (Lalə Kazımova ad-soydının abbreviaturası) LTD-nin 2020-ci idə gəliri 604.712.00 HRK (xorvat pul vahidi) təşkil edib.
Şirkətin icraçı direktoru kimi Anar Nağıyevin adı sənədlərdə keçir. Anar Nağıyev Əbülfəs Qarayevin zamanında Mədəniyyət və Turizm Nazirliyində müşavir vəzifəsində çalışıb.
O, vaxtilə YAP elitasının önəmli fiquru olmuş sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Əli Nağıyevin qardaşı oğludur. Anar Nağıyevin atası bir zamanlar Səbayel və Binəqədi rayonlarının polis rəisi olmuş Nazim Nağıyevdir.
Yeri gəlmişkən, Əli Nağıyevin Rusiya paytaxtında bizneslə məşğul olan oğlu Araz Nağıbəyli də Qarayevlər ailəsinə məxsus şirkətlərdən birinin direktoru olub.
Xorvatiya mediası o zaman Qarayevlərin otelinə iki mənbədən - Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərindən vəsait yatırıldığını yazırdı. Məlumat Qarayevlərin Azərbaycan mədəniyyətinin talan edilməsi hesabına əldə edilmiş pulların BƏƏ-yə qədər daşındığına ipucu verir.
Qarayevlərin Adriatik sahillərinə marağı Xorvatiyanın bu əsrarəngiz şəhəri ilə bitmir. Keçmiş nazirin həyat yoldaşı 2010-cu ildə Xorvatiyadakı şirkət üzərindən daha cənubdakı Monteneqroda da eyni adla şirkət - "L.K.MONTENEGRO-nu ("DRUŠTVO SA OGRANIČENOM ODGOVORNOŠĆU ZA PROMET I USLUGE EXPORT - IMPORT, HERCEG NOVI) açıb. Bu şirkət vasitəsilə Qarayevlər Monteneqroda da daşınmaz əmlak sahibi olurlar. Şirkət əslində Qarayevlərin Adriatik sahilindəki kiçik kurort şəhəri Herseq Novi-də, Srbina küçəsi 1-də aldıqları bağ-bağatlı iri mülkün üzərinə qeydiyyata alınıb, 2018-ci ildə ləğv edilib. Qarayevlərin Herseq Novi-dəki şirkətinin direktoru qismində Abbas Fatullayev adlı şəxsin adı keçir. Abbas Fatullayev Davud oğlu Qarayevlərin Azərbaycanda təsis etdikləti “GALS” MMC-nin də qanuni təmsilçisidir.
Qarayevlərin Azərbaycan, Rusiya, Litva, Panama, Türkiyə, Malta kimi qitələri aşan coğrafiyanı əhatə edən şirkətləri haqqında iki il əvvəl yazmışam (https://m.facebook.com/story.php?story_fbid=250377696220957&id=100037461855242).
✔️“TRIAT EXIRE” UAB (LTD) - Litva
✔️KL BODRUM EMLAK TİCARET VE SANAYİ LİMİTED - Türkiyə
✔️“SQ-FUTURE” MMC - Azərbaycan
✔️TM GROUP - Azərbaycan
✔️QALS MMC (ГАЛС ООО) - Rusiya
✔️“GALS GALLERY” MMC - Azərbaycan
✔️“GALS BEAUTY AND SPA” - Azərbaycan
✔️RİMBA S.A. - Panama (ləğv edilib)
✔️GREEN FARMS AZERBAİJAN MMC - Azərbaycan
✔️GREEN FARMS INTERNATIONAL LTD -Malta
✔️A&S LIMITED - Malta
✔️ADİNOTEC LTD - Malta
✔️“COLAB” BİZNES MƏRKƏZLƏRİ - Azərbaycan
✔️BODRUMDA OTEL
✔️NAİLROOM GÖZƏLLİK SALONLARI - Azərbaycan
✔️ Biləsuvarda 5000 ha torpaq sahəsi".

Qarayevin büdcəmizdən OĞURLADIQLARI... - BU DA FAKT!!!
Qarayevin büdcəmizdən OĞURLADIQLARI... - BU DA FAKT!!!
Qarayevin büdcəmizdən OĞURLADIQLARI... - BU DA FAKT!!!
Qarayevin büdcəmizdən OĞURLADIQLARI... - BU DA FAKT!!!
Qarayevin büdcəmizdən OĞURLADIQLARI... - BU DA FAKT!!!
Qarayevin büdcəmizdən OĞURLADIQLARI... - BU DA FAKT!!!
Qarayevin büdcəmizdən OĞURLADIQLARI... - BU DA FAKT!!!

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi